Modern.az

Fazil Mustafa deputatlığa namizəd olacağı dairəni açıqlamır

Fazil Mustafa deputatlığa namizəd olacağı dairəni açıqlamır

Təhsil

3 Mart 2015, 14:45

“Bu ilin payızında keçiriləcək parlament seçkilərində hansı dairədən namizədliyimi verməyim, ümumiyyətlə seçkilərdə iştirakla bağlı qərar qəbul etməmişəm. Ona görə də rəqibin kim olacağı məsələsi gündəmdə deyil”. Bunu Modern.az-a açıqlamasında Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Yeganə Hacıyevanın onun bundan əvvəl deputat seçildiyi dairədən namizədliyini verməsi xəbərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, parlamentdə qadınların sayının çox olması təqdirəlayiqdir: “Əvvəla, bütün insanların öz hüququdur ki, seçkilərdə həm namizəd kimi, həm də seçici kimi iştirak etsinlər. Ona görə ancaq uğurlar arzulamaq lazımdır. Xüsusilə, qadınların fəallığına təqdirlə yanaşan siyasət anlayışını daşıyıram. Çox istəyərəm ki, Azərbaycanda xanımların əksəriyyəti daha fəal mövqe nümayiş etdirsinlər. Daha çox namizədliklərini irəli sürsünlər və parlamentdə təmsil olunsunlar. Buna müsbət yanaşıram”.

“Bəs rəqibinizin sizinlə eyni dairədən namizəd olması sizi narahat etmir” sualına Fazil Mustafa belə cavab verib: “Söhbət rəqibdən getmir. Növbəti dəfə namizədliyimi irəli sürəcəyim dairəni hələ ki söyləmirəm. Çünki bunu öncə partiyada müzakirə etməliyəm. Yenə qeyd edirəm ki, rəqiblərdən birinin xanım olması sevindiricidir”.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı