Modern.az

16 general korrupsiya ittihamı ilə həbs edildi

16 general korrupsiya ittihamı ilə həbs edildi

Təhsil

3 Mart 2015, 14:57


Çində korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə səbəbi ilə ordunun 16 generalı həbs edilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Çin Xalq Qurtuluş Ordusu korrupsiyada adı hallanan və həbs edilən generalların siyahısını açıqlayıb. Onların arasında Mərkəzi Hərbi Komissiyanın keçmiş vitse-prezidentinin oğlu, Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü polkovnik-leytenant Qo Bosyun da var.

Məlumatlara görə, bir müddət əvvəl Zhejiang Hərbi Dairəsinin siyasi komissarı 45 yaşlı Qo Cjenqan da ciddi qanun pozuntularına yol verməkdə ittiham edilərək dar ağacından asılıb.

Çinin hazırkı prezidenti Xi Jinping artıq iki ildir korrupsiyaya qarşı genişmiqyaslı mübarizəyə başlayıb.

Şahin Qocayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı