Modern.az

“Onlar məhkəmə qarşısında cavab verməlidir” - AÇIQLAMA

“Onlar məhkəmə qarşısında cavab verməlidir” - AÇIQLAMA

Təhsil

3 Mart 2015, 15:40

“Azərbaycanda diffamasiya və ya ifadə azadlığı haqqında qanunun qəbulu barədə artıq uzun illərdir ki, müzakirələr gedir. Hətta artıq bununla bağlı iki qanun layihəsi də ortaya qoyulub”. Bu fikirləri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev həmin qanunla bağlı münasibətində deyib.

Deputat bildirib ki, ümumiyyətlə Milli Məclisin bu yaz sessiyasında Diffamasiya haqqında Qanun layihəsinin müzkairəsi yoxdur: “Açığı mən Diffamasiya haqqında Qanun layihəsinin qəbulunun əleyhinəyəm. Avropa kimi özünə hörmət edən ölkələrdə (bir-iki ölkə istisna olmaqla) heç bu qanun qəbul olunmayıb. Normal şəkildə cəmiyyətdə biri təhqir olunanda o, məhkəməyə müraciət etməlidir və elə hüquqlarını da orada ifadə etməlidir. Əgər insanların şərəf və ləyaqətinin qoruması üçün hər şey əlindən alınırsa, bütün imkanlardan məhrum olunursa təbii ki, bu normal bir şey deyil. Bu o deməkdir ki, onda geriyə yəni XVI-XVII əsrdəki kimi insanlar gərək fərqli üsullarla öz şərəf və ləyaqətlərini qorusunlar. Azərbaycanda və eləcə də digər ölkələrdə kifayət qədər qeyri-peşəkar, səviyyəsiz jurnalistlər var ki, onlar istənilən adam haqqında təhqiramiz ifadələr işlətməyi bacarır. Amma təbii ki, onlar da məhkəmə qarşısında cavab verməlidirlər. Ona görə də mən belə bir qanunun qəbulunu bizim cəmiyyət üçün normal hesab etmirəm”. 

Ceyhun Rasimoğlu

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı