Modern.az

Nemtsovun anası oğlu ilə vida mərasimində - FOTOLAR

Nemtsovun anası oğlu ilə vida mərasimində - FOTOLAR

Təhsil

3 Mart 2015, 15:49

Bu gün Moskvada sui-qəsd qurbanı olan Boris Nemtsovla vida mərasimi keçirilib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mərasimdə siyasətçinin anası, 86 yaşlı Dina Eydman da iştirak edib. Oğlu ilə vidalaşmağa gələn ananın görüntüləri bütün görənləri göz yaşlarına qərq edib.

Bundan əvvəl Nemtsovun qətli ilə bağlı martın 1-də Moskvanın mərkəzində keçirilən aksiyada da Dina Eydman aktiv iştirak edib. Rusiyalı jurnalistlərin məlumatına görə, oğlunun ölüm xəbərini Dina Eydmana çatdırmaq üçün polis işçiləri qadının yaşadığı evin qarşısına hər ehtimala qarşı təcili yardım briqadası da çağırıblar. Xəbər mərhumun anasına çatdırılan zaman həkimlər onun yaşadığı mənzildən bir mərtəbə aşağıda pilləkəndə dayanıblar. Ancaq oğlunun ölüm xəbəri anasına elə ehtiyatla çatdırılıb ki, onun həkim yardımına ehtiyacı olmayıb.

Bütün sarsıntılara baxmayaraq,86 yaşlı Dina Eydman mərhum oğlu ilə bağlı bütün tədbirlərdə aktiv iştirak edib.

 


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı