Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovın Ankaraya səfəri zamanı maraqlı hadisə yaşanıb.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarını rəsmi şəkildə qarşılayıb. Prezident sarayında baş tutan qarşılanma mərasimində prezidentlərin arxasında haradan gəldiyi bilinməyən bir it diqqət çəkib.
Həmin itin dalınca isə, mühafizə polisi qaçıb. İtin qarşılanma mərasiminə “qatılması” qısa müddətli panikaya səbəb olub.
Modern.az