Modern.az

Ramin Hacılı Nərimanovdan deputatlığa namizəd olmaq istəyir

Ramin Hacılı Nərimanovdan deputatlığa namizəd olmaq istəyir

Təhsil

3 Mart 2015, 15:58

Ümid Partiyasının sədr müavini, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı bu il keçiriləcək 5-ci çağırış parlament seçkilərində Nərimanov rayonundan namizəd olacağını bəyan edib. Modern.az xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində yazıb:

”Dəyərli dostlar! 2015-ci ilin noyabrında keçiriləcək parlament seçkilərində 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən namizədliyimi irəli sürəcəyəm. Bu qərarı verməkdə məqsədim millət vəkili olaraq vətəndaşlara daha çox faydalı olmaq, ölkənin taleyi ilə bağlı verilən qərarlarda yaxından iştirak etmək və məhz seçki ilə dəyişikliyin mümkünlüyünə insanları inandırmaqdır. Çünki seçkiyə inanmayan vətəndaş zorakılığa meyllənir, topluma xidmət etməyən vəkil isə faydasız dövlət görüntüsü yaradır. Ona görə də hesab edirəm ki, ölkəsinin taleyini düşünməyən şəxs məsuliyyətli vətəndaş obrazı yarada bilməz".

Xatırladaq ki, hazırda sözügedən dairədən millət vəkili yoxdur. Belə ki, 2013-ci ildə son seçkilərin qalibi, YAP sədrinin müavini Əhmədov Baş nazirin müavini təyin olunduğu üçün deputat səlahiyyətlərinə xitam verilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı