
Amerikanın Luizvil Universitetinin professoru , məşhur tarixçi Castin Makkartin Kanadanın Toronto universitetində Türk Təşkilkilatları İttifaqının təşkil etdiyi elmi konfransda “Şərqi Anadoluda insanlıq faciəsinin 100 illiyi” mövzusunda çıxış edərkən ermənilərə ağır zərbə vurub: “ Ermənilər türklərə qarşı əsl soyqırımı törədiblər. Mənim əlimdə minlərlə sənədlər var. Ermənilərin Şərqi Anadoluda yerli əhaliyə qarşı necə qəddarlıqlar törətdikləri bu sənədlərdə faktlarla öz əksini tapıb”.
Tədbir ərəfəsində bir qrup erməni professor öz etirazını bildirərək, aksiya keçirməyə cəhd etsələr də, onlar universitetin güvənlik işçiləri tərəfindən bayıra çıxarılıblar. Sonra konfrans öz işini davam etdirib.
Ümumiyyətlə, son vaxtlar 1915-ci il 24 aprel hadisələrinin 100 illiyi ilə əlaqədar olaraq Türkiyədə antierməni təbliğatı gücləndirilib. Hətta beynəlxalq səviyyəli universitetlərdə belə, uydurma “ erməni soyqırımı” ilə bağlı əsl həqiqətiərin aşkar olunması ilə bağlı müxtəlif tədbirlər keçirilib. Bundan başqa, dünyanın bir sıra ölkələrində yaşayan türklər də aksiyalar və yürüşlər keçirərək erməni böhtanına son qoyulmasını tələb ediblər.
İsmayıl Tanrıverdi
BDU-nun erməni araşdırmaları mərkəzinin böyük elmi işçisi