Modern.az

Qadınlar velosiped sürəcək

Qadınlar velosiped sürəcək

Təhsil

3 Mart 2015, 14:38

"Park Bulvar” AVM-in, Azərbaycan Maarifçi Gənclər Təşkilatının dəstəyi və Təbiət Dostları" GT-nın daxili klubu olan Yaşıl Velosipedçilər Klubunun təşkili ilə həyatımızın dəyərli varlıqları olan qadınlarımız üçün veloyürüş təşkil ediləcək. 

Layihənin məqsədi ekoloji nəqliyyat vasitəsi olan velosipedi tanıtmaq və velosipedə marağı artıraraq qadınların şəhərdə rahat şəkildə velosipeddən istifadəsini təmin etməkdir.

Qeyd edək ki, veloturda yalnız xanımlarımız iştirak edəcək. Yürüşdə məşhur xanımlar da pedallayacaq.

Veloyürüyüşdən öncə Park Bulvarda tədbirin açılışı olacaq və vüloyürüyüş haqqında məlumat veriləcək. Turun sonunda yenidən Park Bulvarda tədbirin davamı olaraq oyunlar keçiriləcək və kiçik party olacaq. Oyunlar zamanı xanımlarımıza Park Bulvar tərəfindən dəyərli hədiyyələr veriləcək.

Veloyürüşə 8 mart 2015-cü il tarixində saat 12:00-da start veriləcək. 

Veloyürüşə qatılmaq istəyənlər aşağıdakı linkdən qeydiyyatdan keçmək xahiş olunur. 

//goo.gl/koDPbO Turda iştirak etmək üçün dəbilqənin olması vacibdir.

F.Əliyeva  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı