Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrində keçirdiyi yoxlamalar zamanı bəzi ciddi qanun pozuntuları aşkar edilib.
Nazirlikdən verilən məlumata görə, pozuntulara yol verdiklərinə görə "Bioloji Təbabət" MMC, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “İdeal Tibb Şirkəti” MMC və “Diaqnoz Tibb Şirkəti” MMC şirkətləri barəsində mövcud qanunvericiliyə və İnzibati Xətalar Məcəlləsinin müvafıq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb.
Modern.az