Modern.az

Nazirlik Bakıdakı daha bir marketi süni qiymət artımına görə cəzalandırdı

Nazirlik Bakıdakı daha bir marketi süni qiymət artımına görə cəzalandırdı

Təhsil

4 Mart 2015, 13:41

İqtisadiyyat və Sənaye Nazirliyi daha bir marketdə əsassız qiymət artımının qarşısı alıb.

Nazirlikdən verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, Abşeron Gənclər Şəhərciyi ünvanında Əhəd Əhədova məxsus “Seval” marketdə aparılan yoxlama zamanı malların yarlığındakı qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı