Modern.az

“Bakı 2015” Avropa Oyunlarına biletlərin qiyməti açıqlandı

“Bakı 2015” Avropa Oyunlarına biletlərin qiyməti açıqlandı

Təhsil

4 Mart 2015, 16:41

Modern.az xəbər verir ki, bu gün Bakı 2015 Avropa Oyunlarına qalan 100 günlük gerisayımın başlandığı elan olundu. Bu münasibətlə “Fairmont” otelində keçirilən tədbirdə həm də ilk Oyunların medal tərtibatları təqdim olunub, yarışmalara biletlərin qiyməti açıqlanıb.

Qeyd olunub ki, Avropa oyunlarında uşaqlar və yaşı 16-dan az olan yeniyetmlər üçün əksər yarışlara biletlər pulsuz olacaq. Böyüklər üçün ise biletlərin qiyməti münasib olacaq. Belə ki, yarışın raundu, oturacaq ve məkandan asılı olaraq biletlərin qiyməti 2-5 manat təşkil edir. Açılış mərasiminə 20 manat, bağlanış mərasiminə qiymətlər 10 manatdan başlayır və 200 maanata qədər qalxır.

Lakin Heydər Əliyev adına idman Arenasında və Milli Gimnastika Arenasında keçirlən yarışlar istisna təşkil edəcək, burada 16 yaşdan kiçik şəxslər üçün biletlər sadəcə 1 manat olacaq.


Fərəh Əliyeva  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı