Modern.az

Səfir: “Azərbaycanla Rusiya böhranlı halların mənfi təsirinə müqavimət göstərir”

Səfir: “Azərbaycanla Rusiya böhranlı halların mənfi təsirinə müqavimət göstərir”

Təhsil

4 Mart 2015, 16:53


Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiya biznesinin və Azərbaycanda işləyən Rusiya-Azərbaycan müştərək müəssisələrinin nümayəndələrini birləşdirən Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının fəalları ilə görüşüb.

Modern.az xəbər verir ki,  V.Doroxin tədbirdə çıxış edərək, Rusiya-Azərbaycan ticari-iqtisadi münasibətlərinin vəziyyəti, səfirliyin Rusiya şirkətləri ilə azərbaycanlı tərəfdaşların qarşılıqlı fəaliyyətinə yardım göstərilməsi istiqamətində işi barədə məlumat verib.

Səfirin sözlərinə görə son illər Azərbaycan-Rusiya münasibətlərində yaradılan iqtisadi bazis dünya iqtisadiyyatında böhranlı halların mənfi təsirinə müqavimət göstərməyə imkan verib. İki ölkənin biznesmenləri arasında Rusiya-Azərbaycan mehriban qonşuluq ənənələrinə əsaslanan etimadın qorunub saxlanması, bir-birinin uğur qazanmasında maraqlı olmaq bunun mühüm təminatıdır.

Görüş iştirakçıları Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin inkişafında palatanın rolunun artırılmasının zəruri olduğunu bildiriblər.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı