Modern.az

Deputat Neft Akademiyasının tələbələrinə çağırış etdi

Deputat Neft Akademiyasının tələbələrinə çağırış etdi

Təhsil

4 Mart 2015, 17:43

Martın 4-də Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) YAP Gənclər Təşkilatının hesabat seçki yığıncağı keçirilib. Konfransda ADNA-nın rektor vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanov, ADNA YAP ilk təşkilatının sədri Tamilla Naibova, YAP-ın Nəsimi rayon təşkilatının sədr müavini Zəfər Qurbanov, İdarə heyətinin üzvləri, eləcə də YAP-ın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, həmçinin prorektor və dekanlar, kafedra müdirləri və tələbələr iştirak ediblər.

Modern.az xəbər verir ki, konfransda bir neçə məsələyə baxılıb. ADNA YAP Gənclər təşkilatının hesabatı dinlənilib və məruzə ətrafında çıxışlar olub. Təşkilata 27 nəfərdən ibarət yeni heyət və Şura üzvləri seçilib. YAP-a üzv olmaq istəyənlərin ərizələrinə baxılmaqla yanaşı, qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib. Qərara alınıb ki, 27 nəfərlik Şura üzvləri eyni zamanda YAP Nəsimi rayon konfransına da seçilsinlər.

Rektor əvəzi, professor Vaqif Qurbanov gənclərin ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni humanitar həyatda əsas rola malik olan potensial qüvvə kimi dövlət quruculuğunda mühüm yer tutduğunu deyib: “Azərbaycanda “Gənclər siyasəti” dövlət siyasətinin əsas tərkib hissəsidir. Azərbaycan gəncliyi dövlətin diqqət və qyğısını hər zaman öz üzərində hiss edib”. V.Qurbanov ADNA tələbələrinin YAP-ın istər rayon, istərsə də respublika miqyaslı tədbirlərində yaxından iştirak etdiklərini deyib.

ADNA YAP gənclərinin fəaliyyəti ilə bağılı İPAF tələbəsi Aydın Məmmədli hesabat verib. Tələbələr Nurxan Babayev, Səadət İbrahimova hesabatla bağlı çıxışlar edərək, fəaliyyətlərinin qənaətbəxş qiymətləndirilməsini təklif ediblər.

YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ADNA tələbələrinin YAP-ın keçirdiyi tədbirlərdə aktiv iştirak etdiyini qeyd edib. Millət vəkili partiyaya üzvlük zamanı hər şeydən əvvəl gənclərin fəallığının, bacarığının və istedadının nəzərə alınmasını vacib amil kimi önə çəkib. Millət vəkili ADNA tələbələrinə bildirib ki, Nəsimi rayon YAP təşkilatının təşkilatçılığı ilə martın 18-də Gənclər üçün əmək yarmarkaları keçiriləcək. Yarmarka Nizami kinoteatrının II mərtəbəsinbdə baş tutacaq. M.İbrahimqızı bütün gəncləri, xüsusilə də YAP üzvü olan tələbə gəncləri əmək yarmarkalarında aktiv iştirak etməyə çağırıb. O, gənclər üçün nəzərdə tutulan yarmarkada yüksək məvacibli vakansiyaların olacağını bildirib.

Konfrans ADNA YAP Gənclər təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib.
Gənclərin fəaliyyəti qiymətləndirilməklə yanaşı, hesabat seçki yığıncağı ilə bağlı qərar qəbul olunub.



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı