ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippertə hücum edilib və onun üçünə ülgüclə xəsarət yetirilib.
Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, səfirə xəsarət yetirən şəxs Şimali və Cənubi Koreyanın birləşməsini tələb edirmiş.
Səfir paytaxt Seulun mərkəzində səhər planlaşdırlan tədbirə gedirmiş
Artıq Mark Lippertə hücum edən şəxs saxlanılıb. Məlum olub ki, 55 yaşlı Kim Qi Çjon hələ 2010-cu ildə Yaponiyanın Cənubi Koreyadakı səfirinə də hücum edibmiş.
