Modern.az

Mart ayının pensiyaları vaxtından əvvəl veriləcək

Mart ayının pensiyaları vaxtından əvvəl veriləcək

Təhsil

5 Mart 2015, 10:41

Dövlət Sosial Müdafiə Fondu (DSMF) qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsinə başlayıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi davam etdirilir. Mart ayının birinci yarısına qədər bu proses bütün ölkə üzrə tam yekunlaşacaq və pensiyaların qrafikdə nəzərdə tutulduğu müddətdən əvvəl vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunacaq.

Hazırda  Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 29 0882 nəfər təşkil edir. Onların 60,8%-i yaşa görə, 28,3%-i əlilliyə görə, 10,9%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı