Modern.az

Türkiyədə azərbaycanlıların da iştirak etdiyi təlimdə 2 nəfər öldü - FOTOLAR

Türkiyədə azərbaycanlıların da iştirak etdiyi təlimdə 2 nəfər öldü - FOTOLAR

Təhsil

5 Mart 2015, 13:00

 

Türkiyə və  Azərbaycan Hərbi Hava Qüvvlərinin “Turaz Şahini 2015” təlim uçuşları zamanı 2 pilotun qəzaya düşdüyü bildirilib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Konya- Aksaray şosse yolunun 22-ci kilometrliyində olub.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamaya görə  F4 qırıcı  təyyarəsinin qəzaya uğraması nəticəsində  2 pilot ölüb. Hələlik ölənlərin kimliyi açıqlanmayıb. Türkiyə mətbuatının yazdığına görə, ölən pilotlar Türkiyə Hərbi Hava Qüvvələrinin heyətinə daxil şəxslərdir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Modern.az saytına bildirib ki, ölənlər içərisində azərbaycanlı pilotlar yoxdur və həmin qırıcı təyyarə Azərbaycana məxsus deyil.  

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı