Modern.az

Rusiya mətbuatı Ankara-Aşqabad-Bakı ittifaqından yazdı

Rusiya mətbuatı Ankara-Aşqabad-Bakı ittifaqından yazdı

Təhsil

5 Mart 2015, 13:07



Rusiyanın nüfuzlu nəşrlərindən olan “Novaya qazeta” Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun Türkiyəyə 2 günlük səfərinin nəticələri barədə məqalə dərc edib. Məqalə Türkmənistan və Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəql olunması perspektivi barədə məlumatlara yer verib. Modern.az həmin yazını ixtisarla təqdim edir.

“Türkmənistan Mərkəzi Asiya qazının Avropa bazarına ixrac olunmasında əsas rolu oynayır”, - Ankarada türkmən həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Ərdoğan deyib. Türkiyə lideri Türkmənistanın öz qazını Avropaya ixrac etmək üçün əlindən gələni edir. Ərdoğan xatırladıb ki, region liderləri – Azərbaycan, Türkiyə və Türkmənistan tez-tez ortaq layihələri müzakirə edir. Onun sözlərinə görə, bu il belə bir görüş Aşqabadda keçiriləcək.

Rusiyadan qaz asılılığını azaltmaq arzusunda olan Avropa üçün bu işdə Türkmənistansız keçinmək mümkün olmayacaq. Ötən gün Avropa İttifaqının qaz tədarükçüsü kimi gördüyü ölkələrdən ibarət siyahısında  Azərbaycan və Türkmənistanın da adına rast gəlmək mümkündür. Əgər Bakı ilə Avropa Birliyi arasında münasibətlər uzun illər davam edirsə, Aşqabadla hələ heç bir razılıq yoxdur. Ekspertlərin fikrincə, Türkiyənin regiondakı çəkisi və “qaz alyansı”nın üzvləri ilə olan xoş münasibətləri ona Aşqabad, Bakı və Brüssel arasında vasitəçi olmağa imkan verir.

Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ötən həftə Türkmənistanın Brüsseldəki səfiri Kakacan Məmmədovla görüşü zamanı türkmən qazının Avropaya ixrac olunması barədə ilkin razılıq əldə edib. Bu görüşdən sonra Türkmənistanın Neft-Qaz Sənayesi və Mineral Ehtiyatlar Nazirliyi bəyanat verərək “böyük qaz ehtiyatlarının olması və ölkənin boru kəmərləri ilə ixrac qabiliyyətinin artıra biləcəyi perspektivləri ilə bağlı Avropa bazarını lazımi miqdarda qazla təmin etməyi üzərinə götürür” şəklində bəyanat verir. Türkmənistan Avropa bazarına 10-30 milyard kubmetr qaz tədarük edə biləcəyini bildirir.

Bunun üçün Türkmənistan 2018-ci ildə reallaşacaq Transanadolu qaz kəmərinə (TANAP) qoşulmalıdır. TANAP Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya daşınmasını nəzərdə tutur və “Cənub qaz dəhlizi”nin tərkib hissəsi sayılır. Amma TANAP-ın ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr qazı keçmir. Əgər layihəyə türkmən qazı da qoşularsa, onda əlavə kompressor qurğularının tikintisinə ehtiyac yaranacaq. Böhran şəraitində bu layihənin maliyyələşdirilməsi də sual altındadır. Türkmənistanın TANAP layihəsində iştirak etməsi ekspertlərin fikrincə, Ankara-Aşqabad-Bakı ittifaqının yaradılmasına səbəb olacaq. Xüsusən də Türkmənistanın 2010-cu ildən öz neftini Bakı-Tbilis-Ceyhan neft kəməri ilə ixrac etdiyini nəzərə alsaq, bu ehtimal inandırıcı görünür.

Ekspertlərin fikrincə, Türkiyə Avropa üçün enerjidaşıyıcılarının əsas tranzit mərkəzinə çevrildiyi üçün Xəzər bölgəsindən qaz tədarükünün artırılmasında maraqlıdır. Türkmənistan və Azərbaycan isə son illər aralarında münasibətlər istiləşdiyi üçün Transxəzər qaz kəmərini birgə həyata keçirə və Avropanı uzun illər qazla təmin edə bilərlər”.

Hazırladı: Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı