Modern.az

Məşhur müğənni erməni mənşəyini niyə danır?

Məşhur müğənni erməni mənşəyini niyə danır?

Təhsil

5 Mart 2015, 13:32


Rusiya estradasının ulduzu Filip Kirkorovun erməni mənşəli olması ictimaiyyət üçün gizli olmasa da, müğənninin özü miliyyətinin bolqar olduğunu bildirirdi. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Rusiya Erməniləri Birliyi”nin sədr müavini German Ananyants Kirkorovla şəxsi söhbətdə bu məqama toxunduqlarını deyib.

“Filipin atası Bedros Kikorov təmiz ermənidir. Anası isə milliyətcə yəhudidir. Ata erməni, ana yəhudi, oğlu isə bolqardı.  Mən ondan bir dəfə soruşdum ki, nə üçün erməni olduğunu gizlədir? O, cavabında dedi ki, indi erməni olduğunu deyə bilməz. Çünki uzun illərdir bolqar olduğunu deyib. Sonra camaat nə deyər? Mən onu başa düşdüm”.

Filip Kirkorov 1967-ci il aprelin 30-da Bolqarıstanın Varna şəhərində anadan olub. O 1994-2005-ci illərdə Rusiya estradasının promadonnası sayılan Alla Puqaçova ilə evli olub. Hazırda surroqat anadan dünyaya gələn Alla-Viktoriya (2011) və Martin (2012) adlı övladları ilə yaşayır.

Vüqar İsmayılov   

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı