Modern.az

Deputat gənc müəllimlərlə görüşdü - FOTO

Deputat gənc müəllimlərlə görüşdü - FOTO

Təhsil

5 Mart 2015, 16:05

103 saylı Gədəbəy seçki dairəsi üzrə Milli Məclisinin deputatı Sevinc Hüseynova Gədəbəy rayonuna təyinatla göndərilmiş gənc müəllimlərlə görüş keçirib.

Modern.az-ın məlumatına görə, tədbirdə Gədəbəy RİH Başçısının birinci müavini Qüdrət Paşayev, Təhsil Nazirliyinin nümayəndəsi Cavid Bağırzadə, Gədəbəy Rayon Təhsil şöbəsinin müdiri Baxış Nağıyev və rayona təyinatla göndərilmiş gənc müəllimlər iştirak ediblər.

Tədbiri millət vəkili Sevinc Hüseynova giriş nitqi ilə açaraq tədbirin məqsədinin gənc müəllimlərə yaradılan şəraitlə tanış olmaq, onların problemlərinin həllinə köməklik göstərilməsi olduğu bildirdi və  təhsil sahəsində aparılan uğurlu islahatlardan, o cümlədən tədrisin səviyyəsinin yüksəldilməsi məqsədi ilə yaradılan geniş imkanlardan söz açdı. Millət vəkili çıxışında bildirdi ki, bir neçə il önçə rayonun məktəblərində ixtisaslar üzrə müəllim çatışmamazliqları varidisə bu məsələ təhsilin səviyyəsinin yüksəldilməsi, o cümlədən də müəllimlərin rifahının yaxşılaşdırılması məqsədi ilə müəyyən qanunvericilik aktlarında edilən düzəlişlərlə həllini tapmışdır.

Artıq  son üç ildə rayon məktəblərinə təyinatla 180 dən artıq müəllim göndərildiyini qeyd etdi. Həmçinin  müəllimlərə göstərilən dövlət qayğısından, onların sosial vəziyyətinin yaxşılaşdırılması səhəsində görülən işlərdəndə bəhs edən Sevinc xanım Hüseynova təyinatla göndərilən gənc müəlimlərə xüsusi güzəştlərin tətbiq edilməsindəndə danışdı. Sonra Gədəbəy RİH Başçısının birinci müavini Qüdrət Paşayev, Gəncə Dövlət Universitetinin dosenti, Təhsil Nazirliyinin nümayəndəsi  Cavid Bağırzadə və  Gədəbəy Rayon Təhsil şöbəsinin müdiri Baxış Nağıyev Azərbaycan təhsilinin günbəgün inkişaf dinamikasından və müəllimlik peşəsinin şərəfli və müqəddəs bir peşə olduğundan bəhs etdilər.

Çıxış edən gənc müəllimlərdən Arzu Şərifzadə, Rasim Şirinov, Leyla Bayramova və digərləri məktəblərdə kimya laboratoriyalarının lazımı avadanlıqlarla təhciz edilməsi, ucqar kənd məktəblərinin yüksək sürətli internetlə təmin edilməsi, təyinatla göndərilmiş müəllimlərin pulsuz torpaq sahəsi ilə təmin edilməsi barədə təkliflər irəli sürərək onlara  göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Gənc müəllimlərin sualları aidiyatı təşkilatların nümayəndələr tərəfindən cavablandırıldı. Təklif edilən məsələlərin həllinə köməklik göstərilməsi üçün isə aidiyyatı təşkilatlara müraciət ünvanlandı.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı