Martın 5-də tanınmış jurnalist Ceyhun Musaoğlunun 40 yaşı tamam olur. Modern.az saytı jurnalistin ad gününü necə qeyd edəcəyi ilə maraqlanıb.
Ceyhun Musaoğlu, adətən, doğum gününü qeyd etməyi xoşlamadığını deyib:
“Mənə elə gəlir ki, doğulub-doğulmamağım dünyada heç nəyi dəyişmədiyi üçün onu qeyd etməyim artıqdır. Mən o adamların ad günlərinin qeyd etməsinin tərəfdarı olmuşam ki, onlar dünyaya və öz ölkələrinə varlıqları ilə nəsə verə biliblər. Məncə, mən milyonlarla insandan biriyəm. Heç dünya barəsində danışmaq olmaz. Mənim dünyaya verəcək heç nəyim yoxdur. Heç mən ölkəmə də heç nə verə bilməmişəm. Nə vətənin işğal olunan bir qarış torpağının alınmasında iştirak etmişəm, nə cəmiyyətin hansısa demokratik inkişafında önəmli rolum olub, nə də ədəbiyyatında adlı-sanlı bir əsər yarada bilmişəm. Bütövlükdə götürəndə sıradan biriyəm. Çox vaxt 40 yaşı qeyd etmirlər. Amma mən əksini etmək istəyirdim. Düşünürdüm ki, bu gün bütün jurnalist dostlarımı yığım və bu yaşı təntənəli keçirim. Bu ənənəyə boyun əymək istəmirrəm. Amma mən bu günü adi günlərdən biri hesab edirəm. Sadəcə, hansısa ata-ana məni dünyaya gətirməli idi, gətirib”.







Yeganə OQTAYQIZI