Modern.az

Müsavatçının məhkəməsində vəsatətlər təmin olunmayıb

Müsavatçının məhkəməsində vəsatətlər təmin olunmayıb

Təhsil

5 Mart 2015, 18:15


Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Sirac Kərimlinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Vəkil Nemət Kərimli Modern.az saytına bildirib ki, prosesdə əlavə şahidlər ifadə verib: “Əlavə şahidlərlə ittiham tərəfinin şahidlərinin verdiyi ifadələr arasında ziddiyyətli məqamlar var. Hal şahidlərinin növbəti prosesə dəvət edilməsi və çarpaz dindirilməsi barədə verdiyim vəsatət rədd edildi. Məhkəmə tibbi ekspertinin keçirilməsi barədə verdiyim vəsatət də təmin olunmadı. Çünki Sirac Kərimliyə işgəncələr verilib və nəticədə onun boynunun arxasında şiş əmələ gəlmişdi. Növbəti proses martın 12-də davam edəcək”.

Sirac Kərimli iyulun 17-dən həbsdədir, narkotik ittihamı ilə tutulub. Onun qardaşı Fərəc Kərimov da narkotik ittihamı ilə həbs olunub. O, iyulun 23-də tutulub. Tutulan vaxt Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub, bloqçu fəaliyyəti göstərib. Həbsdə olduğu vaxt isə Müsavat başqanının müavini təyin edilib. Fərəc və Sirac qardaşlarının müdafiəçiləri həbsləri siyasi motivlərlə bağlayır. 

Yeganə OQTAYQIZI 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı