Bu gün Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatorluğunun təşkişkilatçılığı ilə “Park İnn” oteldə “Ailə Dəyərlərini İnkişaf Layihəsi”nin təqdimatı keçirilib.
Modern.az-ın verdiyi xəbərə görə, layihə deputat Məlahət İbrahimqızının sədr olduğu “Lider Qadınlar” İctimai Birliyi və “Bizim Ailə” jurnalının birgə əməkdaşlığı nəticəsində həyata keçirilib. Layihə tərkibində ailə daxilində mövcud əlaqələrin genişləndirmək, ailəni ayaqda saxlayan dəyərləri gündəmə gətirmək və boşanmalara səbəb olan sıxıntılara qarşı qabaqlayıcı tədbirləri nəzərdə tutan seminarlar keçirmək önə çəkilib.
Tədbirdə TİKA-nın Bakı Proqram Koordinasiya Ofisinin baş koordinatoru Mustafa Haşim Polat layihəni yüksək dəyərləndirərək, ailə dəyərlərinin hər zaman inkişaf etdirilməsini və bunun bizim bəşəri vəzifəmiz olduğunu bildirib. Daha sonra “Aydınlığa Doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin sədri Solmaz Əmirli TİKA-nın dəstəyilə reallaşan “Ailə Akademiyası” adlı videoçarxı təqdim edib.
Bütün bunlarla yanaşı layihə çərçivəsində yazıçı-publisist Səma Maraşlının “40 Addımda Məhəbbət Olsun” adlı kitabı azərbaycanca nəşr edilib.
Kitab daxilində Fərhad və Şirin obrazı canlandırılıb.




Modern.az