8 Mart Beynəlxalq qadınlar günü ərəfəsində deputat Hadi Rəcəbli Lənkəranda seçicilərdən bir qrupunun bayramını təbrik edib. Çay süfrəsi ətrafında keçirilən görüşdə qadınların ölkəmizin ictimai-siyasi həyatındakı yeri və rolu faktlarla, rəqəmlərlə toplantı iştirakçılarına çatdırılıb. Lənkəranda hazırda 50-dan çox qadının dövlət xidmətində və ictimai təşkilatlarda yüksək vəzifə tutduğu bildirilib. Həmçinin söylənilib ki, qadınlarımız üçün “YUNESKO” və “İSESKO”nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva Azərbaycan xanımlarının, analarının ictimai, siyasi xadimlərinin nümünə etalonuna çevrilib.
Görüş iştirakçılarına çiçək dəstələri və hədiyyələr təqdim edən deputat Hadi Rəcəbli eyni zamanda qadınları düşündürən sual və müraciətləri dinləyib və qadınların bir sıra məsələlərini yerindəcə həll edib.
Çıxış edən qadınlar ölkəmizdə onlar üçün yaradılmış şəraitdən razı olduqlarını bildiriblər. Buna görə prezident İlham Əliyevə minnətdar olduqlarını diqqətə çatdırıblar.

