Modern.az

Abituriyentlər üçün sınaq imtahanlarına yazılış başlayır

Abituriyentlər üçün sınaq imtahanlarına yazılış başlayır

Təhsil

6 Mart 2015, 10:39


Modern.az
saytı xəbər verir ki, aprel ayının 5-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən abituriyentlər üçün ilk sınaq imtahanı keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 11-dən etibarən aparılması nəzərdə tutulur.
Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.
Nəzərinizə çatdırırıq ki, TQDK tərəfindən sınaq imtahanları 05, 12, 19 aprel və 3 may tarixlərində həyata keçiriləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı