Modern.az

Türkiyənin aparıcı media qurumlarının nümayəndələri Bakıya gəlir

Türkiyənin aparıcı media qurumlarının nümayəndələri Bakıya gəlir

Təhsil

6 Mart 2015, 11:28

Türkiyənin ən nüfuzlu media qurumlarının nümayəndələri Bakıya səfəri gözlənilir.

Bu barədə Modern.az saytına Türkiyədəki mənbələrdən xəbər verilib. Məlumatda bildirilir ki, bir sıra tanınmış televiziya kanallarının, qəzet və sayt nümayəndələri aprel ayında Azərbaycana gələcəklər. Nümayəndə heyətinin tərkibində Türkiyənin “NTV”, “CNN Türk”, “Kanal D”, “Milliyyet” qəzeti, “Hürriyyet” qəzeti, “Sabah” qəzeti, “Rota Haber” saytı və digər nüfuzlu media qurumlarının nümayəndələrinin olacağı bildirilir. Səfər çərçivəsində Azərbaycanın media təmsilçiləri ilə mühüm görüşlərin keçiriləcəyi gözlənilir. Səfərin Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olacağı vurğulanıb.

Yeganə OQTAYQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı