Modern.az

ATV-nin aparıcısı tələbələrə açıq dərs keçdi

ATV-nin aparıcısı tələbələrə açıq dərs keçdi

Təhsil

6 Mart 2015, 12:47

Martın 6-da Azərbaycan Dillər Universitetində universitetin Azərbaycan dili və Ədəbiyyatı kafedrasının müəllimi Nərgiz Qurbanovanın Filologiya və Jurnalistika fakültəsinin “Jurnalistika” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə tədris etdiyi  “Mətbuat tarixi” fənnində qonaq olan Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının aparıcısı Lalə Azərtaş tələbələrə açıq dərs keçib.

Aparıcı Lalə Azərtaş tələbələri salamlayaraq məzunu olduğu Azərbaycan Dillər Universitetinin ona doğma olduğunu qeyd edib. O, televiziyada aparıcı olmaq üçün tələbələrin universitet zamanından mütaliə ilə məşğul olmalarını, qəzetlərdən informasiya toplamalı olduqlarını bildirib. Lalə Azərtaş aparıcının Azərbaycan dilini mükəmməl şəkildə bilməli olduğunu, xəbər hazırlayarkən diqqətli və həmin xəbər haqqında məlumatlı olmağını, xəbərə inanmağı və tamaşaçıya peşəkar şəkildə çatırmalı olduğunu deyib.

Açıq dərsdə iştirak edən Azəraycan dili və Ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva bu görüşlərin əhəmiyyətli olduğunu qeyd edib. O, bu görüşdən sonra tələbələrin jurnalistika sahəsinə olan marağının və həvəsinin daha da artacağını vurğulayıb.

Dərs sual-cavab şəklində davam edib.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı