
“Sahibkarları sıxışdırmaq düzgün deyil. Çünki bazar iqtisadiyyatıdır və tələb təklif əsasında bazar qiymətləri müəyyənləşir”.
Modern.az-ın məlumatına görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib.
Onun sözlərinə görə, dolların məzənnəsinin qalxmasından sonra sahibkarlar xaricdən idxal olunan malları baha qiymətə satmağa məcbur olublar: “Sahibkar xaricdən mal ala bilmək üçün pulunu dollara çevirməlidir. Ancaq indiki vəziyyət davam edərsə, Azərbaycanda qıtlıq əmələ gələcək. Xüsusilə istehlak mallarında bu qıtlıq hiss olunacaq. Artıq bəzi sahibkarlar istehlak mallarını anbarlarda saxlayırlar. Mən aidiyyəti orqanlardan bu məsələyə diqqət yetirməyi xahiş edirəm”.
Aqşin KƏRİMOV