
Azərbaycanlı gənclərin xaricdə dini təhsil almalarına qanunla qadağa qoyulmalıdır.
Modern.az-ın məlumatına görə, bu təkliflə deputat Zahid Oruc parlamentin bugünkü iclasında çıxış edib. O bildirib ki, xaricdə təhsil alan bəzi azərbaycanlılar bəzi siyasi dairələrin təsirinə düşür.
Zahir Oruc bildirib ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanuna da müvafiq dəyişikliklər edilməlidir: “İslam Universitetinin müəllimləri dini təhsil vermək baxımından beynəlxalq standartlara cavab verməyə bilərlər. Bu baxımdan da daha yüksək səviyyədə dini təhsil vermək üçün kənar yerdən müəllimlər həmin universitetə cəlb edilə bilər. Lakin Azərbaycan gənclərinin xaricdə dini təhsil dalınca getmələrinə icazə vermək olmaz.
Yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi anti-terror əməliyyatı keçirdi. Həbs olunan gənclərdən ikisi xaricdə ali dini təhsil alıb. Onlar ölkədə çevrilişə cəhd edərək şəriət dövləti yaratmağa cəhd ediblər. Bunun qarşısı alınıb. Təklifimin kökündə də bu məqamlar dayanır”.
Aqşin KƏRİMOV