Modern.az

Siyavuş Novruzov Əli Kərimlini və İsveçrə səfirliyini ittiham etdi

Siyavuş Novruzov Əli Kərimlini və İsveçrə səfirliyini ittiham etdi

Təhsil

6 Mart 2015, 13:36

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bəzi beynəlxalq təşkilatların insan hüquq və azadlıqlarında dair hesabatına toxunub.

Modern.az saytının məlumatına görə YAP rəsmisi bildirib ki, bir qrup beynəlxalq təşkilat Azərbaycan dövləti haqqında şər kampaniyası aparmaqda davam edir, Bakıda keçiriləcək I Avropa Oyunların haqda şayiələr yayılır.

““Eurovision” ərəfəsində də belə kampaniya gedirdi. Onlar erməni mənşəli, qrant verib sonra şapka aldığı şəxsləri dəstəkləyənlərdir. Buradan bir qrup şəxs də onlara material ötürür. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafı, erməni mənbəsindən qrant alaraq saxladığı QHT-lərdir. Hesab edirəm ki, millət vəkilləri, Ombudsman öz xətləri ilə bu məsələdə mövqeyini ortaya qoysun. Belə bir möhtəşəm tədbir bizim ölkəmizdə keçirilir”.

S. Novruzov vurğulayıb ki, İsveçrə səfirliyində bir adamı 6 aydır ki, gizlədirlər. O, bunla səfirlikdə gizlənən jurnalist və hüquq müdafiəçisi Emin Hüseynova diqqət çəkib:

“Bu adam milyonlarla qrant alıb, 240 min manatı vergidən yayındırıb. Mən təklif edirəm ki, Ombudsman İsveçrə səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gündə bir məcburi köçkünə və ya müəllimə yemək versin. Hələ bir dəfə eşitməmişik ki, bu qurumlar həkimi, müəllimi müdafiə etsin”.

Aqşin KƏRİMOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı