Qondarma “Donetsk Xalq Respublikası”nın sıralarında döyüşən rusiyalı jurnalist İqor Qrebtsov Ukraynada faşistlərin olmadığını deyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, muzdlu jurnalistin sözlərinə görə, Rusiya təbliğat maşınının Ukrayna ordusunun faşistlərdən ibarət olması barədə fikri həqiqəti əks etdirmir:
“Ruslar həmişə faşistlərlə döyüşüblər. Bizim əcdadlarımız, bizim babalarımız faşistlərə qalib gəliblər. Rus insanları yeni düşmənin meydana çıxmasını bir neçə nəsil gözləyiblər. Ukraynada döyüşlər başlayanda biz dərhal onları faşist adlandırdıq. Onların özlərini faşist hesab etməmələri bizi maraqlandırmır. Ukraynalıları faşist adlandırmağı xoşlayırıq”.
Modern.az