Son illərdə tez-tez təcavüz hadisələri ilə gündəmə gələn Hindistanın Nagaland əyalətinə bağlı Dimapur şəhərində, təcavüz faktlarına etiraz məqsədi ilə küçələrə tökülən izdiham bir anda idarədən çıxaraq Mərkəz Həbsxanaya hücum edib.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, basqınçılar keçən ay təcavüz ittihamı ilə həbsə atılan bir şübhəlini qaçırıb şəhər meydanında parçalayıb, sonra isə yandırıblar. Məlumata görə, Banqladeş əslli olduğu öyrənilən 35 yaşındakı Syed Farid Khan keçən fevral ayında bir qız şagirdə dəfələrlə təcavüz edib.
Təcavüzlə günahlandırılan şübhəlini lüm-lüt soyundurduqdan sonra 7 kilometr yerdə sürüyüb daş və çubuqlarla linç ediblər, daha sonra da şübhəlini şəhər meydanında parçalayıb cəsədini yandırıblar. Ətrafa dəhşət saçan kütləyə müdaxilə etmək istəyən polislə izdiham arasında qarşıdurma baş verib. Qarşıdurma əsnasında çox sayda nümayişçi də yaralanıb.



Modern.az