Modern.az

Ermənistanda siyasi proseslərə təsir edə biləcək müxalifət yoxdur – Ekspert

Ermənistanda siyasi proseslərə təsir edə biləcək müxalifət yoxdur – Ekspert

Təhsil

6 Mart 2015, 16:37


Politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryanın fikrincə, son hadisələr sübut edib ki, respublikaçılar bütün seçkilərdə, bütün siyasi proseslərdə qalib gələcəklər və buna çox asanlıqla nail olacaqlar.

Modern.az-ın  Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, o bildirib ki, ölkədəki bu vəziyyətdə olan müxalifət siyasi proseslərə təsir etmək gücündə deyil. “Dünənki hadisələrlə son bir neçə həftə ərzində aparılan siyasi intriqalara son qoyuldu. Yekun tamamilə məntiqli olub”, - Aleksandr İsgəndəryan “Çiçəklənən Ermənistan” Partiyasının dünənki növbədənkənar qurultayı ilə bağlı danışarkən belə deyib.

Onun fikrincə, indiki sistem uzun müddət qalacaq, jurnalistlər yenə həmin sarsaq sualları verəcəklər, politoloqlar isə axmaq cavablarını səsləndirəcəklər: “Bu, siyasi proseslərə heç bir təsir göstərmir, hər şey İsveç xronikası ilə gedəcək”.    

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı