Modern.az

“AzerRos”un prezidenti Abbas Abbasovdan DANIŞDI: “Bəziləri inciklik yaratmaq istəyirlər”

 “AzerRos”un prezidenti Abbas Abbasovdan DANIŞDI: “Bəziləri inciklik yaratmaq istəyirlər”

Təhsil

6 Mart 2015, 16:39

Martın 4-də Moskvanın “Aleksandr House” mərkəzində “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətindəki vəziyyətlə bağlı tədbir keçirilib. Bəzi məlumatlara görə, tədbir zamanı “AzerRos”un Ağsaqqallar Şurasının  sədri Abbas Abbasovdan prezident İlham Əliyevə şikayət ünvanlanıb.

Qeyd edilir ki, “AzerRos”un qurucularından olan Söyün Sadıqov 15 ilə yaxın bir yerdə çalışdığı insanları - Mehriban Sadıxovanı, Cəmil Sadıxbəyovu, Vaqif Adıgözəlovu, Şirvan Kərimovu, Rüstəm Arifcanovu, Natiq Ağamirovu və Tamilla Şıxməmmədovanı həmin tədbirə dəvət etdiyini, lakin Abbas Abbasovun qadağa qoyması səbəbindən onların iştiraklarının mümkün olmadığını deyib.

Ancaq “AzerRos” yeni prezidenti sədri Mehriban Sadıqova Modern.az saytına  açıqlamasında tədbirə dəvət olunması ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini deyib:

“Təbii ki, Söyün Sadıqov bizi tədbirə dəvət etdiyini və bizim də dəvət olunan yerə gəlməməyimizin səbəbi kimi Abbas Abbasovun adını çəkə bilər. Amma məsələnin maraqlı tərəfi odur ki, Söyün Sadıqov bizim harada işlədiyimizi, səhərdən-axşama qədər harada olduğumuzu çox gözəl bilir. Onu deyə bilərəm ki, biz tədbirə dəvət olunmamışıq. Dəvət olunmadığımız yerə getməmək əmrini  Abbas Abbasov  necə  verə  bilər? Ümumiyyətlə, Abbas müəllim bizə heç vaxt nəyəsə görə qadağa qoymayıb”.

Mehriban Sadıqovanın sözlərinə görə,  Söyün Sadıqovun real olmayanları danışması əsassızdır:

“Söyün Sadıqov “AzerRos”un sədrliyi uğrunda mübarizədə xeyli adamı öz tərəfinə çəkib. Ona görə hansı formada istəyir, elə də danışır. Belə fikir var, kimsə çulunu sudan çıxarmaq üçün mütləq nəsə edir. Söyün Sadıqov da bu məsələ uyğun hərəkət edir”.


Mehriban Sadıqova  Abbas Abbasovun Azərbaycana gələ bilməməsinə də münasibət bildirib:

“Bu günə kimi Abbas Abbasovun dilindən Azərbaycana gəlməsi üçün qadağa olduğunu eşitməmişəm. 2 ildən artıqdır onunla bir yerdə çalışıram. Azərbaycana buraxılmamasından şikayət etdiyini eşitməmişəm. Ona görə də yazılanlara inanmıram. Əgər belə hal baş versəydi, Abbas müəllimin dilindən eşitməmiş olmazdım. Elə bir fakt yoxdur. Abbas Abbasova Azərbaycanda çox böyük hörmətlə yanaşırlar. O, elə qəbahətli bir iş görməyib ki, Azərbaycana gəlişinə qadağa qoysunlar. Bu, real söhbət deyil. Eyni zamanda, nə cənab prezident, nə də Prezident Administrasiyası tərəfindən Abbas Abbasova qarşı belə xoşagəlməz hal ola bilər. Sadəcə, çirkin kampaniya aparılır. Hətta Azərbaycan prezidenti İlham Əliyev Abbas Abbasovdan  Rusiyada yaşayan azərbaycanlıların böyüyü kimi onlara ağsaqqallıq etməsini xahiş edib. Ona görə də nə baş verib ki, Abbas müəllimə qarşı belə çıxış etsinlər. Burda çox şey aydın deyil. Hansısa bir qrup Abbas Abbasovla Azərbaycan hakimiyyəti arasında qarışıqlıq yaratmaq istəyir”.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı