Modern.az

Sahibə Qafarova Nyu-Yorkda çıxış edəcək

Sahibə Qafarova Nyu-Yorkda çıxış edəcək

Təhsil

6 Mart 2015, 17:09


Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Gender bərabərliyi üzrə alt komitəsinin sədri kimi BMT-nin Qadınların statusuna dair beynəlxalq komissiyasının 59-cu sessiyasında iştirak etmək üçün martın 7-dən 14-dək ABŞ-ın Nyu-York şəhərində səfərdə olacaq. 

Modern.az xəbər verir ki, sessiyada qadınların ictimai-siyasi fəallığının artırılması,  iqtisadi proseslərə daha yaxından cəlb olunması yolları araşdırılacaq. “Gender bərabərliyinə nail olmaq üçün ictimai normaların dəyişdirilməsi”, “Gender bərabərliyinin təmin olunmasında milli mexanizmlər”, “İqtisadiyyatda qadınların rolunun artırılması” və digər mövzularda məruzələr dinləniləcək və müzakirələr aparılacaq. 

Tədbirdə Azərbaycan parlamentinin deputatı müzakirəyə çıxarılmış məsələlərə münasibət bildirəcək.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı