Modern.az

Azərbaycana 1615 baş damazlıq keçi gətirilib – “Aqrolizinq”in rəhbəri

Azərbaycana 1615 baş damazlıq keçi gətirilib – “Aqrolizinq”in rəhbəri

Təhsil

6 Mart 2015, 17:37


Bu gün Kənd Təsərrüfatı Nazirliyində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 2014-cü ildəki fəaliyyəti və qarşıda duran vəzifələrə həsr edilən respublika müşavirəsi keçirilir. Müşavirədə kənd təsərrüfatı naziri Heydər Əsədov, nazirliyin məsul işçiləri “Aqrolizinq”in, rayon aqroservis filiallarının rəhbərləri, alimlər, texniki nəzarət müfəttişləri iştirak edib.

Modern.az xəbər verir ki, müşavirədə “Aqrolizinq”in fəaliyyəti, mövcud nöqsanlar və onların aradan qaldırılması və strukturunun təkmilləşdirilməsi barədə müzakirılər aparırlıb. “Aqrolizinq”in sədri Elşən Məmmədov cəmiyyətin illik fəaliyyəti barədə məlumat verib.

Bildirib ki, 2014-cü ildə müəyyən olunmuş ehtiyacların ödənilməsi üçün cəmiyyətə dövlət büdcəsindən 35 milyon, Azərbaycan prezidentinin Ehtiyat Fondundan 3 sərəncamla 46,5 milyon, Nazirlər Kabinetinin 2 sərəncamı ilə 17 milyon manat ayrılıb.  

2014-cü ildə günün tələblərinə cavab verən TC-5050 “New Holland Dominator-130”, SR 2045 “Sampo” taxılyığan kombayınların, Gəncə avtomobil zavodunun müxtəlif gücə malik traktorların və kotanların alınması məqsədilə müqavilələr bağıanıb, 3576 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınıb və onlardan 3284 ədədi respublikaya gətirilib. 2014-cü ildə “Aqrolizinq” tərəfindən 3345 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası 1929 nəfər hüquqi və fiziki şəxsə lizinqə verilib və ya lizinq yolu ilə satılıb.    

Qeyd edilib ki, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində əhalinin ət və süd məhsullarına tələbatını tam ödəmək, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının və damazlıq işinin səviyyəsinin yüksəldilməsinin vacibliyi nəzərə alınaraq hesabat ilində prezidentin müvafiq sərəncamı ilə ayrılan və təkrar istifadə vasitələri hesabına xaricdən 7106 baş, o cümlədən 6400 baş Hoştin-friz və 706 baş Simmental cinsli damzalıq heyvanların və 5200 baş xırda buynuzlu damazlıq heyvanların alınması üçün müqavilə imzalanıb.    

“Aqrolizin” tərəfindən müqavilə şərtlərinə uyğun olaraq 927 baş Holtin-friz cinsli damazlıq heyvan, 2526 baş, o cümlədən 1615 baş Saanen cinsli damazlıq keçilər, 911 baş Asaf cinsli damazlıq qoyunlar və 2013-cü ildə bağlanmış müqavilərə üzrə qalan 1991 baş Holştin-friz cinsli damazlıq heyvanlar və 710 baş Saanen cinsli xırda buynuzlu heyvanlar respublikaya gətirilərək dəyərinə 50 faiz güzəştlə 3 il müddətinə məhsul istehsalçılarına lizinq yolu ilə satılıb.    

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı