Modern.az

“Çanakkala zəfəri ilə bağlı Türkiyə dünyaya barış mesajı verəcək” – Səfir

“Çanakkala zəfəri ilə bağlı Türkiyə dünyaya barış mesajı verəcək” – Səfir

Təhsil

6 Mart 2015, 17:43


Bu gün Türkiyə səfirliyində Çanaqqala qələbəsinin 100-cü ildönümü ərəfəsində görülən işlərin təqdimatı keçirilib.

Modern.az-ın verdiyi xəbərə görə, dünyanın 30 ölkəsində və 38 şəhərində fəaliyyət göstərən Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi ilə birgə təşkil edilən tədbirdə 100 il əvvəl Çanaqqalada haqsızlığa və işğala qarşı boyun əyməmiş bir tarixi faktları yeni yetişən nəsillərə çatdırmaq üçün göstərilən fəaliyyətlər haqqında məlumat verilib.

“100-cü ildönümündə müharibədən sülhə Çanaqqala” layihəsinin öncə Azərbaycandan başladığını bildirən Yunus Əmrə İstitununun Bakı Türk Mədəniyyət Mərkəzinin sədri Ali Cura Çanaqqala zəfərinin 100-cü ildönümü ilə əlkaqədar 25 nəfərdən ibarət bir heyətin yaradıldığınlı bildirib.

Bu heyət, martın 12-22-də davam edəcək gəzinti zamanı Ankara, Ədirnə, İstanbul, Əskişəhər, Domaniç, Bursa, Soğüt, Gelibolu və Çanaqqala kimi bölgələrdə olacaqlar.  

Martın 18-də Çanaqqala valiliyinin təşəbbüsü ilə keçiriləcək rəsmi tədbirdə isə heyət türk dünyası və dünya tarixi baxımından əhəmiyyətli bir yerə sahib olan bu müharibəni, tarixi anları zəfər yerində birbaşa mütəxəsislər tərəfindən məlumatlandırılacaqlar.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun da çıxış edərək keçiriləcək layihənin əhəmiyyətini və Çanaqqala zəfərinin 100-cü ildönümü ərəfəsində hər iki qardaş ölkə arasında tarixi-mədəni əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayıb. İstanbulda başa çatacaq layihənin sonunda 25 nəfərlik heyətin apardığı işlər və layihələr 3 müxtəlif dildə nəşr edilərək, dünya ictimaiyyətinə çatdırılacaq.    

“Biz Çanakkala savaşının 100 illiyini qeyd edirik. Bunu planlaşdırarkən heç kimlə yarışmırıq”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşkun bildirib.  

Onun sözlərinə görə, keçiriləcək tədbir Türkiyənin dünyaya verəcəyi barış mesajı və sülhə çağrış xarakteri daşıyacaq: “Dünyaya verdiyimiz barış mesajının daha qiymətli olduğuna inanırıq. Çanaqqala savaşı ilə bu və digər dərəcədə əlaqəsi olan bütün ölkələrə dəvətimizi göndərmişik. Onlara bu tədbirlə bağlı ev sahibliyi etməyə də hazırıq.”  

Səfir bununla yanaşı, Türkiyə və Azərbaycanın da daxil olduğu coğrafi məkanda aparılacaq işbirliyi platforması üzərində işlərin getdiyini bildirib: “Gürcüstan, Türkmənistan və İranla əməkdaşlığımız var. Bu əməkdaşlığı digər ölkələrlə də davam etdirmək arzusundayıq.

Birdən çox ölkənin bir araya gəlməsi ilə artan bir imkan yaratmaq niyyətindəyik. Həm xarici işlər nazirlikləri, həm də prezidentlər səviyyəsində əməkdaşlığımızı davam etdiririk. Bu cür əməkdaşlıq platformasına Türkiyə və Azərbaycan çox önəm verir. Daha böyük coğrafiyada, bu bölgənin bütövlüyü üçün daha böyük nəticələrin olacağına inanıram. Əlimizdəki imkanları digər dost ölkələrin imkanları ilə birləşdirməklə bunun həm ölkələrimizə, həm də ətrafımıza təsirinin olacağına inanıram”.

     

Şahin Qocayev

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı