Modern.az

Avropa Komissiyasında Xocalı soyqırımı ilə bağlı müraciətə baxılacaq

Avropa Komissiyasında Xocalı soyqırımı ilə bağlı müraciətə baxılacaq

Təhsil

6 Mart 2015, 17:53

 

Avropa Komissiyası Benilüks Azərbaycanılılar Konqresinin (BAK) Xocalı soyqırımı ilə əlaqədar müraciətinə cavab verib. Bildirilib ki, Avropa Komissiyasında Xocalı soyqırımı ilə bağlı müraciətə baxılacaq.

Bu haqda Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.   Qurumdan diaspor təşkilatına ünvanlanan rəsmi məktubda Avropa Komissiyasında BAK-ın fevralın 13-dəki müraciətinə baxılacağı bildirilib. Sənəddə qeyd olunub ki, Avropa Komissiyasının prezidenti Yan Klod Yunker AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi xanım Federika Moqereniyə BAK-ın Avropa İnstitutlarına ünvanlanan müraciətinə baxılmasını tövsiyə edib.  

Benilüks Azərbaycanlılar Konqresi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Avropa İnstitutlarının rəhbərlərinə və Avropa Parlamentinin 751 millət vəkilinə ünvanlanan Bəyannamə qəbul edib.

Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilən kütləvi qırğınla bağlı faktlar Avropa parlamentarilərinin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. BAK dünya ictimaiyyətinə müraciət edərək insanlığa qarşı törədilən Xocalı soyqırımını tanımağı və günahkarların cəzalandırılmasını tələb edib.  

Müraciətdə Avropanın beynəlxalq təşkilatlarını və parlamentariləri öz nüfuzundan istifadə edərək bir milyon azərbaycanlı məcburi köçkün və qaçqının öz torpağına təhlükəsiz qayıtmasını təmin etməyə çağırıb. Bəyannamə Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurasının prezidentlərinə, Birləşmiş Millətlər Təşkilatına, Niderland, Belçika, Lüksemburq parlamentlərinə və bir sıra beynəlxalq təşkilatlara göndərilib.    

Gülşən RAUFQIZI  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı