
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin işindən apellyasiya şikayəti verilib. Bu barədə “Azadlıq” qəzetinə Günel Həsənlinin vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Xatırladaq ki, Yasamal Rayon Məhkəməsi fevralın 22-də keçənilki avto qəza olayı ilə bağlı Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.
Məhkəmə həmin qəzada zərərçəkmiş kimi tanınan yaşlı qadının şikayətçi olmamasına əhəmiyyət vermədən belə qərar çıxarıb.
Modern.az