Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Əhməd Davudoğlu Abdulla Gülün siyasətə qayıtmasının qürurverici bir addım olacağını qeyd edib.
“Bu, onun özünün qərarından asılıdır. Siyasətə dönərsə, bu, qürurverici bir addım olar”,-deyə Əhməd Davudoğlu söyləyib Gülün belə bir addımı atması üçünsə, bizim ona dəvət göndərməyimiz lazım deyil”,-deyə Əhməd Davudoğlu söyləyib.
Türkiyə baş nazirinin müavini Bülənt Arınç isə Abdulla Gül üçün konkret vəzifədə təmsil olunmasını təklif edib: “Əgər baş nazir ola bilməyəcəksə, mənim kömlümdən keçir ki, o, Məclis başqanı (Türkiyə parlamentini nəzərdə tutur-red) olsun. O, Məclis başqanı olarsa bundan Türkiyə də qazanclı çıxar”.
Abdulla Gül 2007-2014-cü illərdə Türkiyənin prezidenti olub.
Aqşin Kərimov