Modern.az

Qaynar su qadını, çuqun qəlib kişini öldürdü

Qaynar su qadını, çuqun qəlib kişini öldürdü

Təhsil

7 Mart 2015, 13:42

Fevral ayının 28-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan Tərgül Eyvazovanın üstünə qaynar su tökülmüşdür. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən qadın martın 6-da orada dünyasını dəyişib.

Martın 6-da Xırdalan şəhərində yerləşən “Euroscon” Açıq Səhmdar Cəmiyyətinin emalatxanasında, orada işləyən Mail Qasımovun üstünə çuqundan olan qəlib düşüb və o, aldığı xəsarətdən hadisə yerində keçinib.

Martın 6-da Cəlilabad rayonunun Uzantəpə kənd sakini Fəqan Həsənov isə ehtiyatsızlığından su kanalına düşərək boğulub.

Digər məlumata görə, martın 6-da saat 02 radələrində Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində elektrovozla Qaçaq Kərəm kənd sakini İradə Abbasova vurulub və nəticədə o, hadisə yerində ölub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı