Rusiya prezidenti Vladimir Pautin martın 12-13-də Qazaxıstanda səfərdə olacaq. Modern.az saytının verdiyi xəbərə görə bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Vladimir Putin Qazaxıstan və Belarusun dövlət başçıları ilə görüşmək üçün Astanaya gedəcək.
“Tərəflər Avrasiya inteqrasiya proeslərini və dünya iqtisadiyyatında müasir tendensiyaları nəzərə alaraq üç ölkənin ticarət-iqtisadi əməkdaşlığının inkişaf perspektivlərini müzakirə etmək niyyətindədirlər. Bununla yanaşı aktual beynəlxalq məsələlər, Ukrayna böhranı barəsində də fikir mübadiləsi aparılacaq”,-deyə məlumatda qeyd edilib.
Vladimir Putinin səfər çərçivəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə ikitərəfli görüşü də nəzərdə tutulub.
Modern.az