Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) sabiq rəhbəri Hakan Fidan yenidən bu vəzifəyə təyin olunub. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Bülənt Arınç məlumat verib.
O, Nazirlər Kabinetinin iclasında spnra verdiyi açıqlamada bildirib ki, Hakan Fidan MİT rəhbərliyinə gətirilib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə keçirilək parlament seçkilərində millət vəkilliyinə namizədliyini irəli sürdüyünə görə Hakan Fidan MİT rəhbəri vəzifəsindən istefa vermişdi. Lakin o, bu gün bəyan edib ki, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkilliyinə namizədliyini geri götürüb.Modern.az