Modern.az

Pakistan prezidenti Azərbaycandadır

Pakistan prezidenti Azərbaycandadır

Təhsil

11 Mart 2015, 13:28


Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistan Prezidenti Məmnun Hüseyni və xanımı Bequm Sahibanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz