Moskvanın uşaq futbol məktəblərindən birində xoşagəlməz insident yaşanıb. “Lokomotiv” və “Brateevo” klublarının görüşü zamanı yetirməsinin göstərdiyi oyundan narazı qalan məşqçi onu yanına çağırır.
Qısa replikadan sonra isə azyaşlı oyunçunun ayaqlarına qəfil zərbə endirərək onu yerə yıxır.
Məşqçinin “cəzalandır”dığı oyunçu heç nə olmamış kimi yenidən meydançaya qayıdır. Həmin hadisənin videogörüntüsü sosial şəbəkələrdə böyük hay-küy yaradıb.
Modern.az videonu təqdim edir.