Bəzi ali təhsil müəssisələrində imtahan suallarının tələbələrə gec verilməsi ilə bağlı narazılıqlar var. Əslində qaydalar necə olmalıdır?
Modern.az saytı məsələyə sabiq deputat, professor Şahlar Əsgərovun münasibətini öyrənib: “Təhsilin tarixi Misir piramidalarından da qədimdir. Yəni o piramidaları tikən adamlar təhsilli olub. Deməli, təhsil ondan da qədimdir. Hələ dünyada bu günə qədər belə bir problem yoxdur. Biz özümüz tələbə olan vaxtlar da belə problem olmayıb. Əsas nədir? Fənn və onun proqramı var. Proqramda keçirilən fənnin sualları öz əksini tapır. Mühazirələr oxunur, suallara izahatlar verilir, sonra tələbələr imtahan verir.
Bu problemin pedaqogika elminə, təhsilin nəzəriyyəsinə heç bir aidiyyəti yoxdur. Bu, idarəetməyə aid olan bir məsələdir. İdarəetməni də hərə öz istəyinə uyğun aparır. İdarəetmə isə maraqların mübarizəsidir. Təhsilin qarşısında iki böyük vəzifə durur: biliyin gənclərə ötürülməsi və onun qiymətləndirilməsi. Biliyin ötürülməsində problem yoxdur. Balans qiymətləndirmədə pozulur”.Yeganə OQTAYQIZI