Gürcüstan-Azərbaycan sərhədindəki Laqodexi gömrük-keçid məntəqəsindəki avtomobil yolunda etirazlar başlayıb.
Modern.az saytının “İnterfaks”-a istinadən verdiyi xəbərə görə aksiyada yerli sakinlər iştirak edib.
Aksiya iştirakçıları magistral yolu bağlayaraq Azərbaycanda Gürcüstana gedən avtomobillərin hərəkətinin qarşısını alıb. Məlumata görə etirazçılar Azərbaycanın tətbiq etdiyi yeni qaydalardan narazılıqlarını dilə gətiriblər.Onlar Gürcüstan və Azərbaycan hökumətlərinə müraciət edərək məsələnin tezliklə həll edilməsini tələb ediblər.
Məlumat üçün deyək ki, “Avro 4” standartlarının tələblərinə cavab verməyən avtomobillərin sərhədi keçməsinə qadağa qoyan qərar qəbul edilib.
Modern.az