Modern.az

“Çanaqqala zəfəri ilə bağlı tədbir “erməni soyqırımı” iddialarını kölgədə qoyacaq”

“Çanaqqala zəfəri ilə bağlı tədbir “erməni soyqırımı” iddialarını kölgədə qoyacaq”

Təhsil

11 Mart 2015, 15:34


“Çanaqqala qələbəsi Türkiyənin öz ərazi bütövlüyü, müstəqilliyi üçün aparılan istiqlal savaşının kuliminasiya nöqtəsi idi. Məhz bu qələbə nəticəsində Türkiyə öz müstəqilliyini təmin edə bildi. İndi bu yüzillik tarix Türkiyə Cümhuriyyəti üçün çox böyük əhəmiyyətə malikdir. Bu səbəbdən də Türkiyə Çanaqqala zəfərinə dünyanın bir çox dövlətlərini dəvət edib”.

Bunu Modern.az-a açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli aprelin 24-də Türkiyə və Ermənistandxa keçiriləcək tədbirlər haqqında danışarkən bildirib.

Çanaqqala zəfərinin keçirilməsinin keçmiş Osmanlı imperiyasının varisi olan Türkiyə üçün böyük fəxarət olduğunu vurğulayan politoloq 1915-ci ildə baş vermiş hadisələrə də nəzər salıb: “Əldə edilən Çanaqqala zəfəri ilə Osmanlı gələcək Türkiyə Cümhuriyyətinin işğalının qarşısını aldı və öz mövcudiyyətini saxlaya bildi. Amma hazıda Ermənistan uydurma bir soyqırımın ətəyindən yapışaraq bu hadisəni siyasi bir aksiya kimi keçirməyə çalışır.

Vaxtilə Osmanlı imperiyasına arxadan zərbə vuran, ona xəyanət edən və ruslarla birgə Osmanlıya qarşı döyüşən ermənilərin ölkə daxilində bir ərazidən digər bir əraziyə köçürülməsini soyqırım kimi qeyd etmək absurddur. Tarixi faktlar göstərir ki, Osmanlı ərazisində 850-900 min erməni yaşayıb. Yəni milyon yarım erməninin qırılması üçün ermənilərə həmin dövrdə 600 min nəfər də lazım idi”.

Politoloq Çanaqqala tədbirində bütün türkdilli ölkələrin iştirak edəcəyini də bildirib: “Keçiriləcək Çanaqqala tədbiri çərçivəsində Türkiyə türkdilli ölkələrin hər birinə müraciət ünvanlayıb. Demək olar ki, onların hamısı tədbirdə iştirak edəcək. Bununla yanaşı, vaxtilə Osmanlı imperiyasına daxil olan 26 dövlətin rəhbərlərinə də müraciətlər edilib. Daha sonra dünyanın güc mərkəzləri olan ABŞ, Rusiya və Avropa dövlətləri də tədbirə dəvət edilib. Güman edirəm ki, onların böyük bir hissəsi tədbirdə iştirak edəcək.

Türkiyəyə dəvət edilən rəsmilər eyni zamanda ermənilərin təşkil etdiyi qondarama soyqırım tədbirinə də çağırılıblar. Düşünürəm ki, Türkiyədə keçiriləcək tədbirə daha çox rəsmi şəxslər qatılacaq. Bununla da ermənilərin qondarma soyqırım tədbirləri kölgədə qalacaq.

Qondarma erməni soyqırımı tədbirinə Fransa və İsveçrə kimi dövlətlər qatılmaq istəsələr də, fikrimcə  ABŞ, Rusiya və Kanada kimi dövlətlər yüksək səviyyədə iştirak etməyəcək. Böyük Britaniya və İsrailin imtinasını isə ümumilikdə Qərbin imtinası kimi dəyərləndirirəm. Çünki yəhudilər dünyada yeganə irimiqyaslı soyqırım yaşamış xalqdır. İsrailin də siyasi spekulyasiyaya getməməsi və Almaniya, Böyük Britaniya kimi dövlətlərin də imtinası o deməkdir ki, Qərb bu məsələlərdə öz neytrallığını qorumaq istəyir.

Ümumilikdə keçirilən hər iki tədbirə gələcək şəxsləri üç qrupa bölmək olar. Birinci qrup ya Çanaqqala zəfərinə gələcək, ya da Ermənistanın keçirəcəyi tədbirdə iştirak edəcək. İkinci qrup Ermənistanın deyil, Türkiyənin keçirəcəyi tədbirə qatılacaq və bununla da qondarma soyqırım tədbiri iflasa uğrayacaq. Üçüncü qrup isə Türkiyə ilə münasibətləri korlamamaq üçün orta səviyyəli nümayəndə heyətini Ermənistana göndərəcək ki, bunun özü də qondarma soyqırıma olan münasibəti əks etdirəcək. Nəticədə proseslər zamanı Türkiyə xarici dövlət başçılarını öz tərəfinə çəkməklə ermənilərin keçirəcəyi tədbiri kölgədə qoyacaq”.

Şahin Qocayev

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı