Türkiyə Avropa İttifaqına üzv qəbul olunarsa, yaradılması nəzərdə tutulan Vahid Avropa Ordusunu 60 min nəfərlə təmin etməyə hazırdır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Volkan Bozkır çıxış edib.
NATO-nun baş katibi Yens Stoltenberq Avropa İttifaqının öz ordusunu yaratmasının mümkünlüyü məsələsini şərh edərkən deyib ki, bu ittifaqın ordusu NATO funksiyalarını təkrarlamamalıdır: “Mən Avropa çağırış edirəm ki, onların etdikləri bizim alyans daxilində etdiklərimizə əlavə olmalıdır”.Avropa Komissiyasının rəhbəri Jan-Klad Yunker mart ayının əvvəllərində bəyan edib ki, Avropanın vahid ordusunun formalaşdırılması vacibdir.
Modern.az