Modern.az

Daxili Qoşunların komandanının rütbəsi artırıldı

Daxili Qoşunların komandanının rütbəsi artırıldı

Təhsil

11 Mart 2015, 20:29


Azərbaycan Prezidenti İlham Əliyev Şahin Məmmədova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı Şahin İsgəndər oğlu Məmmədova general-leytenant hərbi rütbəsi verilsin.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə kapitan Cahangir Qafar oğlu Qurbanova “Əməkdar artist” fəxri adı verilib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı