Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində paytaxtın Səbail rayonu ərazisində dövlət orqanlarına məxsus “İnfiniti” markalı avtomobilin sürücüsünün yol-nəqliyyat hadisəsi törətməsi barədə yayılan informasiyalara münasibət bildirib.
Baş prokurorluğun mətbuat xidməti dövlət orqanlarına məxsus “İnfiniti” markalı avtomobil sürücüsünün yol-nəqliyyat hadisəsi törətməsi barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Belə ki, martın 1-də saat 05:30 radələrində Səbail rayonu ərazisində paytaxt sakini Süleyman Rizvanova məxsus “İnfiniti” markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanmış “Toyota Camry” və digər nəqliyyat vasitələrinə dəyib. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb, avtomobillərə dəyən ziyanın müəyyən edilməsi, eləcə də hadisənin baş vermə səbəbləri araşdırılır. Faktla bağlı Səbail rayon Polis İdarəsinin DYP şöbəsində araşdırmalar davam etdirilir. Modern.az